Daha çox soruşulan ən yeni suallar (3)
Bismillahir- rəhmanir- rəhim
Tələbələrin səfərləri və onların namaz və orucunun hökmü
Şərii məsafənin miqdarı
Sual: Şərii məsafənin miqdarı neçə kilometrdir?
Cavab: Şərii məsafə, təqribən 22, 5 kilometrdir.
Təhsil yerinin vətən olmaması
Sual: Təhsil yeri, vətən hökmündə sayılırmı?
Cavab: Vətən hökmündə sayılmır.
Tərəxxüz (icazə) həddi
Sual: Tərəxxüz həddini izah verin.
Cavab: Hər yerin tərəxxüs həddi, orada şəhərin azan səsi eşidilməyən və şəhərin divarı görünməyən ən yaxın yerdir.
Şəri məsafənin əvvəli; universitet ya şəhərin əvvəli
Sual: Tələbə ya müəllim tərəxxüs həddini təyin etmək üçün, şəhərin əvvəli hesablamalı yoxsa universitet yeri?
Cavab: Bu sualda şəhərin əvvəli nəzərə alınmalıdır.
Vəzifənin əksinə olaraq şikəstə ya tamam qılmaq
Sual: Tamam qılınmalı olan namazı şikəstə qılmaq və şikəstə qılınmalı olan namazı tamam qılmağın hökmü bilməyən halda, hökmü nədir?
Cavab: Əgər namazınızın şikəstə olmasını bilməyib və şikəstə əvəzinə tamam qılıbsızsa, qəzası yioxdur. Amma əgər tamam qılınmalı olan namazın yerinə, şikəstə qılıbsızsa, namaz batildir.
Tələbənin ilk səfərinin hökmü
Sual: İlk səfərdə, səfərdə olan tələbənin namaz və orucunun hökmü necədir?
Cavab: Namazını şikəstə qılmalı və orucu da düzgün deyil.
Gündəlik təhsil səfəri
Sual: Vətəni və təhsil yerinin şərii dörd fərsəxdən çox olan və təqribən hər gün bu yolu təhsil üçün gedib- qayıdan tələbənin namaz və orucunda vəzifəsi nədir?
Cavab: İlk səfəri istisna olmaqla, namazı tamam və orucu da düzgündür.
Həftədə iki gün təhsil səfəri
Sual: Həftədə iki gün təhsil aldığı yerə gedib, həmin gün vətəninə qayıdan və təhsil yeri ilə vətəni arasındakı məsafə də şərii dörd fərsəxdən çox olan tələbənin namaz və orucu necə olmalıdır?
Cavab: İlk səfəri istisna olmaqla, namazı tamam və orucu da düzgündür.
Hər iki həftədə bir dəfə təhsil səfəri
Sual: Hər iki həftədə bir dəfə ya on gündən çox müddətdə bir dəfə dərs yerinə gedib- qayıdan universitet tələbəsinin hökmü nədir?
Cavab: Yolda və təhsil yerində namazı şikəstədir və orucu da düzgün deyil.
Təhsil yerində təhsildən başqa bir hədəf üçün qalmaq
Sual: Mən Kərəc sakini və Tehran tələbəsiyəm. Təqribən hər gün get- gəlim var. Amma bəzən dərsdən sonra dostlar və qohumların evinə gedirəm. Məsələn səhər dərs olmayan gün də Tehrandayam ya universitetdə dini mərasimlər kimi universitet praqramı olmayan üçün qalıram. Bu şəraitdə namazımı şikəstə ya tamam olmasının hökmünü bilmək istəyirəm?
Cavab: Əgər ən azı üç aydan dörd ayadək sizin təhsilsəfəriniz davam edibsə, nə qədər ki, təhsil səfərindəsiniz və təhsildən başqa bir şey üçün getməyibsinizsə, namazınız tamam və orucunuz düzgündür. Baxmayaraq ki, qeyd olunan səfərdə, orada əlavə qalsanızda.
Dərs günlərindən başqa vaxtda təhsil yerinə səfər
Sual: Tələbəlik dövründə bəzi vaxtlar, təhsil olan yay kimi (təqribən iki ay) dərs seçmək, bankdan pul almaq ya universitet işləri üçün, bir gün ya daha çox müddət öz şəhərindən təhsil yerinə gedirəm. O zaman təhsil yerində namaz və orucun hökmü necədir?
Cavab: Bu sualda, namaz şikəstə, oruc düzgün deyil və müsafir (səfərdə olan) hökmündəsiniz.
Dərs günləri təhsil yerindən başqa yerə səfər
Sual: Əgər tələbə təsadüfi olaraq dərs yeri olmayan digər bir şəhərə səfər etsə, onun namaz və orucu necə olmalıdır?
Cavab: Namaz şikəstə və oruc düzgün deyil.
Universitet tərəfindən qeyri təhsil yerinə elmi səfər
Sual: Bəzən Universitet tərəfindən tələbələri elmi gəzinti və səyahət üçün bəzi şəhərlərə aparırlar. Bu səfərlərdə onların namazı necədir?
Cavab: Əgər onların təhsil peşələrinin bölümündən olsa, namaz tamam və oruc düzgündür, əks halda müsafir hökmündədir.